Adı “Fənərbaxça” ilə hallanır – Rumıniyalı mütəxəssisin
Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az “NTV Spor”-a istinadən xəbər verir ki, son günlər rumıniyalı mütəxəssisin adı Super Liqa təmsilçisi “Fənərbaxça” ilə hallanır.
Baş məşqçi Jorje Jezus Türkiyə kubokunun “Başakşəhər”lə final matçından sonra (2:0) komandadan getdiyini bəyan edib.
Luçesku 2020-ci ilin yayından “Dinamo”nu çalışdırır. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2000-2002-ci illərdə “Qalatasaray”ın, 2002-2004-cü illərdə “Beşiktaş”ın, 2017-2019-cu illərdə isə Türkiyə milli komandasının “sükanı arxasında” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin