Dieqo Koştadan “Fənərbaxça” ilə bağlı açıqlama
Adı “Fənərbaxça” ilə hallanan hücumçu Dieqo Koşta açıqlama verib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, ona Türkiyədən çoxlu maraq olduğunu deyib:
“Türkiyədən bir çox menecer mənimlə danışır. Bəzi klublara saxta icazə sənədləri də göndərirlər. Türkiyədəki menecerimin ”Fənərbaxça” ilə danışıqları bitdikdən sonra yekun qərarı verəcəm”.
Karyerası ərzində Portuqaliyada “Braqa”, İspaniyada “Atletiko”, İngiltərədə “Çelsi”də çıxış edən Koştanın son klubu Braziliya “Atletiko Mineyro”su olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin