
Premyer Liqadan Lukaku üçün “elçi”
“Çelsi”dən icarəyə götürülən “İnter”in hücumçusu Romelu Lukaku karyerasını “Aston Villa”da davam etdirə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, o, Birmingem təmsilçisinin çalışdırıcısı Unay Emerinin transfer etmək istədiyi futbolçular arasında yer alır.
Belçikalı forvard cari mövsümdə “İnter”in heyətində 33 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin