Adı “Beşiktaş”la hallanan Çalhanoğludan açıqlama

Son vaxtlar adı “Beşiktaş” və “Leypstiq”lə yanaşı çəkilən “Milan”ın futbolçusu Hakan Çalhanoğlu komandadakı gələcəyi ilə bağlı növbəti dəfə açıqlama verib.

Komanda.az xəbər verir ki, “TRT Spor”a açıqlama verən 24 yaşlı futbolçu, “Milan”dan ayrılmayacağını deyib:

“Mən “Milan”dayam, bu klubun futbolçusuyam. Burda xoşbəxtəm. Hazırda transfer məsələsi müzakirə mövzusu deyil. Həftəsonu oynayacağımız oyun üçün hazırlaşıram”.

Bir müddət əvvəl “Milan”ın baş məşqçisi Cennaro Qattuzonun türk futbolçunun satılmasına razılıq verdiyi haqda xəbərlər çıxmışdı.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm “Milan” formasıyla çıxdığı 22 oyunda 1 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button