“Barselona” mənim evimdir, qayıtmaq lazım olsa, qayıdaram”
Adı “Barselona” ilə hallanan “Ayaks”ın qapıçısı Andre Onana açıqlama verib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 24 yaşlı qapıçı, haqqında çıxan transfer iddialarından danışıb:
“Gələcəyimlə bağlı suala cavab vermək çətindir. “Barselona”da həm klubun prezidenti, həm də məşqçilərlə yaxşı münasibətlərim var. Daha əvvəl də dediyim kimi, “Barselona” mənim evimdir, qayıtmaq lazım olsa, qayıdaram. Ancaq hazırda vəziyyət elə deyil. “Ayaks”ın qapıçısıyam və mövsümün sonunda nə olacağını görəcəyik”.
“Barselona”nın yetirməsi olan Onana, Kataloniya klubunun transfer hədəflərindən biridir. 2015-ci ilin qışından “Ayaks”da çıxış edən Onananın klubla müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin