
Adı Azərbaycan millisiylə hallanan məşqçi: “Öz ölkəmdə işləmək istərdim”
Adı Azərbaycan millisiylə yanaşı hallanan Stanislav Çerçesov Rusiya klublarından ona hansısa təklifin olub-olmaması sualını cavablandırıb.
Komanda.az “Matç TV”-yə istinadən xəbər verir ki, Çerçesovun sözlərinə görə, Rusiyadan bəzi klublar onunla maraqlanıb. O, xaricdən bəzi klubların onunla əlaqə saxladığını da bildirib. Lakin Çerçesov hazırda xaricdə işləmək istəmir:
“Bu keşməkeşli vaxtlarda mən başqa yerdə deyil, öz ölkəmdə işləmək istərdim. Ölkənizə faydalı olun”.
Çerçesov Macarıstan “Ferentsvaroş”undan qovulduqdan sonra ötən ilin yayından bəri işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin