Adı Azərbaycan millisi ilə hallanan məşqçi Qazaxıstan yığmasında – Rəsmi

Stanislav Çerçesov Qazaxıstan millisinin yeni baş məşqçisi təyin edilib.

Komanda.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl rusiyalı mütəxəssis Qazaxıstan Futbol Federasiyası ilə danışıqlarda prinsipial razılığa gəldiyini bildirmişdi.

Çerçesovun Qazaxıstan Futbol Federasiyası ilə müqaviləsinin müddəti dəqiqləşdirilməyib. Lakin əvvəllər 60 yaşlı məşqçinin 2+1 şərti ilə müqavilə bağlayacağı barədə məlumat yayılıb.

Çerçesovun son iş yeri Macarıstanın “Ferentvaroş” klubu olub. O, Qazaxıstan millisinin baş məşqçi postunda Maqomed Adiyevi əvəz edib.

Çerçesovun adı Azərbaycan millisi ilə hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button