“Lester” hərəkətə keçir – Onu “Arsenal”a vermək istəmirlər
İngiltərənin “Lester” klubu baş məşqçisi Brendan Rocerslə bağlı qərarını verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “tülkülər” Rocerslə müqaviləni uzatmaq niyyətindədir. Klubun 46 yaşlı mütəxəssisin illik məvacibini, eyni zamanda, təzminat məbləğini artıracağı bildirilir. Hazırda Rocersin təzminat məbləği 14 milyon funt-sterlinq olaraq müəyyənləşdirilib.
Müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.
Son vaxtlar Rocersin “Arsenal”ı çalışdıracağı haqda xəbərlər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin