“Addımlarımız səmərəli və qətiyyətli olmalıdır” – Fərid Qayıbov
“Avropa Gimnastikasının prezidenti kimi mənə göstərilən etimada görə hamınıza minnətdarlığımı bildirirəm. Dörd illik planı nəzərdən keçirdik və qarşıda duran məqsədlər hamımıza aydındır”.
Komanda.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilməsi və gələcək planları barədə qurumun rəsmi saytındakı qeydində yazıb.
O bildirib ki, qarşıda qısa olimpiya dövrü var və bundan maksimum yararlanmaq lazımdır: “Addımlarımız səmərəli və qətiyyətli olmalıdır. Birlik və harmoniya şəraitində çalışsaq, buna nail ola bilərik. Əminəm ki, yeni komanda ilə gimnastların mənafeyi naminə bu idman növünün şəraitini və mühitini daha da yaxşılaşdıra biləcəyik”.
Xatırladaq ki, Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir.
Bizi Facebook-da izləyin