Türkiyə klubu rus futbolçu ilə vidalaşdı
Türkiyənin “Adana Dəmirspor” klubu Rusiya millisinin futbolçusu Artyom Dzyuba ilə yollarını ayırıb.
Komanda.az “NTV Spor”-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Dzyuba avqust ayında Adana təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. O, komandanın heyətində meydana çıxdığı 5 qarşılaşmada 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin