“Adana Dəmirspor”dan “Şah”sız darmadağın

Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” da bu gün növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Pendikspor”la qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib. Məhəmmədəliyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Adana Dəmirspor” bu qələbədən sonra 8 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button