Açıq havada idman yarışlarının keçirilməsinə icazə verilmədi

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonlarında 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində bəzi məhdudiyyətlər davam edəcək.

Komanda.az xəbər verir ki, qərara əsasən bu müddətdə yenidən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi qadağan edilib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilsə də, daha sonra koronavirusa yoluxma sayının sürətlə artmasına görə yenidən qadağalar qoyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button