Ançelotti: “İndi diqqətimizi La Liqaya yönəltməliyik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun finalında “Barselona”ya uduzduqları oyundan (2:3) sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın əlindən gələn hər şeyi etdiyini söyləyib:

“İkinci hissədə üstün olduq, əlimizdən gələni etdik. Komanda hər şeyi verdi, heç kəsi tənqid edə bilmərəm. Qələbəyə çox yaxın idik. İndi diqqətimizi La Liqaya yönəltməliyik”.

Jül Kunde 116-cı dəqiqədə kataloniyalıların 3-cü qolunu vuraraq, komandasına qələbə qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button