ACF prezidenti BCF İcraiyyə Komitəsinə üzv seçilib

İyunun 11-də Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) Konqresi keçirilib.

Komanda.az xəbər verir ki, nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbərlik edəcək.

Konqres çərçivəsində 2025–2029-cu illər üçün Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button