“Onu burada nə qədər saxlaya bilsək, bu, mənim üçün daha yaxşıdır”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın müdafiəçisi Coş Açeamponqla müqavilənin uzadılmasını şərh edib.
Komanda.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, bunu deyib:
“Mən çox, çox xoşbəxtəm. Açeamponq mövsümöncəsi bizimlə idi və mən onu şəxsən tanımırdım, amma iki-üç gündən sonra o, həqiqətən də, məndə müsbət təəssürat yaratdı. Mövsüm başlayandan bəri onun müqaviləsi və buna bənzər şeylərlə bağlı vəziyyətini daha yaxşı anlamağa çalışıram. Klub nəhayət, onunla razılığa gəldi və biz hamımız xoşbəxtik. Çünki əminik ki, o, bu klub üçün əla oyunçu ola bilər. Düşünürəm ki, o, bizə yaxın olmalıdır. Ona görə də, onu burada nə qədər saxlaya bilsək, bu, mənim üçün daha yaxşıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin