AÇ: Yunan-Roma güləşçilərinin ilk rəqibləri bəlli oldu
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Bu gün püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
55 kq
Təsnifat: Elmir Əliyev – Vasili Mişaniç (Ukrayna)
60 kq
1/8 final: Nihat Məmmədli – Davit Jotyan (Ermənistan)
63 kq
Təsnifat: Qurban Qurbanov – Korneliu Rusu (Moldova)
67 kq
1/8 final: Həsrət Cəfərov – Adam Pohileç (Macarıstan)
72 kq
Təsnifat: Xasay Həsənli – İvo Sviqler (Çexiya)
77 kq
1/8 final: Elcan Məmmədov – Conni Sarkkinen (Finlandiya)
82 kq
Təsnifat: Murad Əhmədiyev – Yaqo Qobadze (Gürcüstan)
87 kq
Təsnifat: Laçın Vəliyev – Tirone Sterkenburq (Hollandiya)
130 kq
Təsnifat: Sərxan Məmmədov – Mate Qokadze (Gürcüstan)
Qeyd edək ki, sabah 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İyunun 3-də isə 60, 67, 72, 82 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.
Bizi Facebook-da izləyin