AÇ: Ukrayna və İngiltərə yığmaları yarımfinalda

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün 1/4 finalda İngiltərə və Portuqaliya milliləri qarşılaşıb.

Gürcüstanın Kutaisi şəhərində keçirilən matçda İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 34-cü dəqiqədə Entoni Qordon vurub.

Yarımfinala yüksələn İngiltərə yığması burada İsraillə üz-üzə gələcək. Yarımfinalın digər iştirakçısı İspaniyanın rəqibi isə bu gün keçirilmiş Fransa – Ukrayna matçından sonra bəlli olub. Ukraynalılar dörd qolun qeydə alındığı bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıblar. Son mövsümü “Sabah”da keçirmiş Aleksey Kaşukun da formasını geyindiyi Ukrayna millisində Georgi Sudakov dubl edib, digər qolu Artyom Bondarenko vurub. Fransızların heyətində isə Matis Çerki fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button