Spaletti ələ saldığı jurnalistdən üzr istəyib
İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti jurnalist Dario Riççidən üzr istəyib.
Komanda.az xəbər verir ki, “Fanpage” nəşri Spalettinin üzr istəməsi barədə məlumat yayıb.
Avropa çempionatında İtaliya və Xorvatiya milliləri arasında keçirilən oyundan (1:1) sonra Spalletti jurnalistin komandanın heyəti ilə bağlı sualını bəyənməyib. O, jurnalistə belə deyib:
“Neçə yaşınız var? 51? Mənim yaşıma çatana qədər sizin masturbasiya etmək üçün hələ 14 iliniz var”.
İtaliya millisi A qrupunda 2-ci yerdən Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Spalettinin yetirmələri 1/8 finalda İsveçrə ilə qarşılaşacaq. Görüş iyunun 29-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin