AÇ: Qasım İsmayılovdan bürünc medal

Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Komanda.az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bu gün komandamızın üzvlərindən Qasım İsmayılov da qüvvəsini sınayıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız birdən qaldırma hərəkətində 101 kq nəticə ilə 6-cı yeri tutub. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib və 132 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb. Toplam 233 kq (101+132) nəticə göstərən Qasım İsmayılov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

Atletlərin mükafatlandırma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının baş katibinin müavini Kamal Axundov da iştirak edib. O, təkanla qaldırma hərəkətində uğur qazanan idmançılara medalları təqdim edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button