AÇ-2024: “Morata ilə danışdım, mənə hər şeyin yaxşı olduğunu dedi”

İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes Avropa çempionatının yarımfinalında Fransa üzərində qələbəni qeyd edərkən zədələnən hücumçu Alvaro Moratanın vəziyyətini şərh edib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Morata ilə danışdığını bildirib:

“Mən Morata ilə danışdım. O, mənə hər şeyin yaxşı olduğunu dedi”.

Avropa çempionatının yarımfinal mərhələsinin İspaniya ilə Fransa arasındakı matçı ispanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Finalın ikinci iştirakçısı Niderland və İngiltərə milliləri arasında baş tutacaq qarşılaşmada müəyyənləşəcək. Oyun bu gün keçiriləcək və saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button