AÇ-2024: “Modriç qalibdir, komandanın lideridir”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Luka Modriçin komandaya təsirini yüksək qiymətləndirir.

Komanda.az xəbər verir ki, xorvat çalışdırıcı mətbuat konfransında Modriçin lider olduğunu bildirib:

“Luka Modriç qalibdir, komandanın lideridir. O, komanda yoldaşlarını irəli aparmaqdan heç vaxt əl çəkməyən biridir. Mən ona baxıram və şübhə etmirəm ki, bizi möhtəşəm turnir gözləyir”.

Çempionlar Liqasının altıqat qalibi olan futbolçu bu gün ölkəsinin millisi ilə AÇ-2024-ün qrup mərhələsinin İspaniya ilə ilk oyununa çıxacaq.

Daha əvvəl Modriçin “Real”la müqaviləsini daha bir il uzatdığı bildirilirdi. “Kral klubu” tezliklə 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin uzadılmasını rəsmən açıqlamalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button