AÇ: Məsiyev üçün növbəti təyinat

Azərbaycanın FİFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti matç müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, 6-cı qrupun 3-cü turunun Latviya – İsrail görüşündə əsas hakim olacaq.

Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Patrik Qrıtskeviç icra edəcək.

Martın 28-də oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail – Polşa oyununda da iş başında olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button