AÇ: İsrail – Polşa oyunu azərbaycanlı hakimə həvalə olundu

Azərbaycanlı FİFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi ilk oyun məlum olub.

Komanda.az xəbər verir ki, o, 6-cı qrupun İsrail – Polşa matçında iş başında olacaq.

32 yaşlı hakimə Pərvin Talıbov və ingiltərəli Daniel Robathan laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Brooks yerinə yetirəcək.

Martın 22-də keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. 6-cı qrupun matçları Polşada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button