
AÇ: İmranov ilk görüşündə qələbə qazandı
Azərbaycanlı cüdoçu Nizami İmranov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.
Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Rikardu Pireslə (Portuqaliya) üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibinə vazari xalı ilə qalib gələn İmranov, 1/8 finala yüksəlib. O, növbəti raundda Tornike Maziaşvili (Gürcüstan) ilə görüşəcək.
Qadınların yarışında 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) uduzub.
Bu gün 60 kq-dakı Turan Bayramov və 8 kq-dakı Könül Əliyeva da mübarizəyə başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin