Deşam: “Digər komandalardan daha yaxşı idik”

Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının AÇ-2024-də qrupdan çıxması haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı digər komandalardan daha yaxşı olduqlarını bildirib:

“Qrup mərhələsini keçdik, baxmayaraq ki, birinci yeri tutmaq istəsək də, buna nail ola bilmədik. Digər komandalardan daha yaxşı idik. Bundan yararlanıb növbəti rəqibimizə qarşı yaxşı hazırlaşmalıyıq.

Polşa ilə matçda, xüsusən də, birinci hissədə çoxlu imkanlarımız oldu. Qapıçı matçın ən yaxşı oyunçusu idi və məncə, bu, hər şeyi deyir”.

Fransa millisi iyunun 25-də Polşa ilə oyunda xalları bölüb (1:1). Deşamın komandası qrupda 2-ci yeri tutaraq, pley-offda iştirakını təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button