AÇ-də iştirak edəcək milli üzvləri ilə görüş keçirilib

Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək milli komandamızın üzvləri ilə görüş keçirilib.

Komanda.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.

Federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıb. Cüdoçulara həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.

Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 26–29 iyun tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qitə birinciliyində Azərbaycanı ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button