AÇ: Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə start verirlər
Azərbaycanın beş sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bu gün mübarizəyə start verəcək.
Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Nurəddin Novruzov 1/4 finalda Gennadi Diuvenji (Moldova) ilə üz-üzə gələcək.
65 kq-da Rəşid Babazadə təsnifatda Diuvenjinin həmyerlisi Veniamin Borzinlə görüşəcək. 70 kq-da Maqomed-Başir Xaniyev 1/8 finalda Narek Poqosyanla (Ukrayna), 79 kq-da Səbuhi Əmiraslanov 1/4 finalda Radomir Stoyanov (Bolqarıstan) – Mateuş Pedziçk (Polşa) duelinin qalibi ilə güləşəcək.
Nəhayət, 97 kq-da İslam İlyasov təsnifatda Ertuğrul Ağcanın (Almaniya) müqavimətini qırmağa çalışacaq.
Həmçinin, qadın güləşçilərdən Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) “bürünc” uğrunda görüşdə Mariana Draqatun (Moldova) – Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq. Jalə Əliyevanın (57 kq) təsəlliverici qarşılaşmada rəqibi Nazife Mustafa Tahir (Bolqarıstan) olacaq.
Öncədən yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala yiyələnib. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) “bürünc” qazanıb.
Bizi Facebook-da izləyin