AÇ: Azərbaycan yığması Sloveniyaya böyük hesabla uduzdu
Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, bu gün qitə miqyaslı yarışda daha 4 qarşılaşma olub.
Günün ilk matçında A qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi ilə Litva komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsi Litva həndbolçularının 24:16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində Bosniya və Herseqovina təmsilçiləri 21:16 hesabı ilə qalib gəlsələr də, ümumi hesabda Litva millisi qələbə çalıb – 40:37.
Ardınca meydançaya B qrupunun İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11. B qrupunda keçirilən İsrail – Farer adaları görüşündə ada təmsilçisinin qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları komandası matçı 38:22 hesablı qələbə ilə başa vurub.
Günün son matçında isə Sloveniya komandası Azərbaycan millisinə 58:6 hesabı ilə qalib gəlib.
Sabah çempionatda daha 4 qarşılaşma olacaq. A qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. B qrupunda isə Yunanıstan – İsrail, İspaniya – Lüksemburq görüşləri keçiriləcək.
Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin