AÇ: Azərbaycan millisi “bürünc” üçün mübarizə aparacaq
Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, təsəlliverici qarşılaşmada Estoniya üzərində qələbə əldə olunub – 4:0.
Komanda üzvlərindən Aytac Qardaşxanlı (70 kq), Elcan Hacıyev (90 kq), Nərmin Əmirli (+70 kq), Ruslan Nəsirli (+90 kq) rəqiblərinə qalib gəlib.
Bürünc medal qarşılaşmasında rəqib Almaniya olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin