
AÇ: Azərbaycan millisi bu gün Türkiyə ilə qarşılaşacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, 2-ci qrupda yer alan yığma komanda Türkiyə millisi ilə qarşılaşacaq.
Bolqarıstanın Albena şəhərində keçiriləcək oyun saat 14:00-da başlayacaq.
24 sentyabr
14:00. Türkiyə – Azərbaycan
Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)
Azərbaycan millisi qrupdakı ilk oyununda Bolqarıstana minimal hesabla uduzub – 0:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin