AÇ: Azərbaycanlı güləşçilər mübarizəyə start verir

Azərbaycanın beş sərbəst güləşçisi bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 finalda Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

65 kq-da Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.

79 kq-da Səbuhi Əmiraslanov 1/8 final mərhələsində İman Mahdavinin (UWW), 97 kq-da Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatı aprelin 23-də yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button