
AÇ: Azərbaycanlı güləşçilər mübarizəyə başlayır
Bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək U-23 Avropa çempionatında mübarizəyə start verəcək.
Komanda.az xəbər verir ki, 55 kq çəki dərəcəsindəki Rahim Həsənov 1/4 finalda Karapet Manvelyan (Ermənistan) / Sabolç Losonç (Serbiya) duelinin qalibi ilə qarşılaşacaq.
63 kq-da Ziya Babaşov təsnifatda Sahak Hovannisyanla (Ermənistan) qarşılaşacaq.
77 kq-da Xasay Həsənli təsnifatda Şahan Acarla (Türkiyə), 87 kq-da Məhəmməd Əhmədiyev eyni mərhələdə Açika Bolkvadze (Gürcüstan) ilə və 130 kq-da Sərxan Məmmədov Mixaylo Vişnivetski (Ukrayna) ilə görüşəcək.
Avropa çempionatı martın 19-da yekunlaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin