AÇ: Azərbaycanın idman gimnastı finalda

Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Komanda.az xəbər verir ki, 26 yaşlı idmançı təsnifat mərhələsində halqalarla hərəkətlərdə hakimlərdən 14,600 xal alıb.

Simonov bu göstərici ilə 5-ci yeri tutaraq, finala vəsiqə əldə edib.

Nikita Simonov ötən gün başa çatan İslam Həmrəyliyi Oyunlarında halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button