Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, 2-ci qrupda yer alan yığma komanda Türkiyə millisi ilə qarşılaşıb. Bolqarıstanın Albena şəhərində keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Miloş Velebitin baş məşqçi olduğu komandanın yeganə qolunu 44-cü dəqiqədə penaltidən Nəriman Axundzadə vurub. 50-ci dəqiqədə Qurban Səfərov qırmızı vərəqə ilə meydandan qovulub.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran Türkiyə yığması liderliyə yüksəlib. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.
24 sentyabr
14:00 Türkiyə – Azərbaycan 5:1
Qollar: Ayberk Karapo, 8. Hamza Akman, 10; 83. Burak İnce, 28 (penalti). Emir Ortakaya, 76 – Nəriman Axundzadə, 44 (penalti)
Qırmızı vərəqə: Qurban Səfərov, 50 (Azərbaycan)
Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub – 0:1.
Bizi Facebook-da izləyin