AÇ: Azərbaycan yığması sonuncu gün 3 medal qazana bilər

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-23 Avropa çempionatı bu gün sona çatacaq.

Komanda.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq.

74 kq çəki dərəcəsində bir gün əvvəl bütün rəqiblərini üstələyən Turan Bayramov final görüşünə çıxacaq. Onun həlledici dueli moldovalı Vasile Diakona qarşı olacaq.

86 kq-da Fərid Cabbarov təsəlliverici görüşdə mübarizə aparacaq. Cabbarovun da rəqibi Moldova təmsilçisi olacaq. Azərbaycan güləşçisi İvan İçizliyə qalib gələrək, üçüncülük yarışını davam etdirmək niyyətindədir. 21 yaşlı idmançı bunu bacarsa, türkiyəli İsmail Küçüksolaka rəqib olacaq.

92 kq çəkidəki Azərbaycan təmsilçisi Abdulcəlil Şabanov isə “bürünc” üçün döşəyə çıxacaq. O, Sergey Sarqsyan (Ermənistan) – Farhad Anoşen (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.

Öncədən sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.

Qadın güləşçilərdən Birgül Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) üçüncü yeri tutublarsa, yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button