AÇ: Azərbaycan yığması ikinci oyununda da məğlub oldu
19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
Komanda.az xəbər verir ki, komandamız Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Bir gün əvvəl keçirilmiş Fransa ilə matçın “5-liy”ində cəmi bir dəyişiklik edən baş məşqçi İlqar Aslanov Kənan Rövşənin əvəzinə İlham Alıyevi ilk dəqiqədən meydana buraxıb. Rəqib baş məşqçi isə Yunanıstanla görüşdəki heyətlə oyuna başlayıb. Fasiləyə qədər 2 qol vuran Bosniya və Herseqovina futzalçıları üstünlüyünü ikinci hissədə də davam etdirib və qələbə qazanıb. Turnirdə millimizin ilk qolunu Şahbaz Həndəmli vurub.
Qrupda keçirilmiş digər oyunda Fransa yığması Yunanıstandan güclü olub – 8:1. Komandamız bu mərhələdə sonuncu oyununu martın 25-də, saat 20:00-da Yunanıstana qarşı keçirəcək.
Bosniya və Herseqovina – Azərbaycan 4:1
Qol: Slaven Ristiç, 12:45. Mario Kolobariç, 19:08. Srdan Katiç, 30:20. Alem Kadiç, 38:15 – Şahbaz Həndəmli, 37:36.
Hakimlər: Martin Koster (Danimarka), Nikola Manzione (İtaliya), Peter Nurse (İngiltərə)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
Bosniya və Herseqovina: 1. Kerim Salihoviç, 7. Alem Kadiç, 8. Miloş Todoriç (k), 9. Ahmed Kadiç, 10. Matej Krezo, 12. Denin Jukiç, 2. Anel Spreço, 3. Slaven Ristiç, 4. Srdan Katiç, 6. Vedad Subaşiç, 11. Mario Kolobariç, 14. Omar Omeroviç.
Baş məşqçi: İvo Krezo.
Azərbaycan: 12. Sadiq Quliyev, 6. Rüfət Məmmədli, 7. İlham Alıyev, 10. Fərid Abbasov (k), 14. Kərim Babayev, 1. Əli Quliyev, 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 5. Əhməd İsmayılov, 9. Kənan Rövşəni, 11. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli
Baş məşqçi: İlqar Aslanov.
Bizi Facebook-da izləyin