AÇ: Azərbaycan güləşçilərinin ilk rəqibləri bilindi
Sabah Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürəcək.
Komanda.az xəbər verir ki, qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib.
Hüseyn Savadov (45 kq) yarışa 1/4 finaldan qoşulacaq. Onun ilk rəqibi ya Ömer Altas (Türkiyə), ya da Giorgi Koçalidze (Gürcüstan) olacaq.
Elvin İbadov (48 kq) təsnifat mərhələsində Alberto Marian Enaçesku (Rumıniya) ilə qarşılaşacaq.
Vədat Qasımlı (51 kq) ilk görüşdə Filip Bartoşiklə (Çexiya) üz-üzə gələcək.
Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariutla (Norveç) qarşılaşacaq.
Məhəmməd Qasımzadə (60 kq) da yarışa 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi Qaspar Terteryan (Ermənistan) – Dimitar Yuliyanov Georgiyev (Bolqarıstan) qarşılaşmasının qalibi olacaq.
Seymur Qasımov (65 kq) debütdə Xristiyan Borislavov İvanovla (Bolqarıstan) qüvvəsini sınayacaq.
İlk mərhələdən azad olan Davud Məmmədov (71 kq) 1/8 finalda Mikael Qabriel Rindone (İtaliya) – Rayner Plaser (Estoniya) görüşünün qalibiylə qarşılaşacaq.
İsmayıl Rzayev (80 kq) ilk görüşdə Dominik Qrqiklə (Xorvatiya) üz-üzə gələcək.
Mikayıl İsmayılov (92 kq) 1/8 finalda Məhəmməd Əmin Husni (İspaniya) – Elias Konsta Liiski (Finlandiya) görüşünün qalibiylə qarşılaşacaq.
Məzahim Mərdanov (110 kq) isə startda Maksim Milçev Petrovu (Bolqarıstan) məğlub etməyə çalışacaq.
Sabah 48, 55, 65, 80 və 110 kq-da mübarizə baş tutacaq. Qarşılaşmalar Bakı vaxtı ilə 12:30-da başlayacaq.
Bizi Facebook-da izləyin