AÇ: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, bu gün qadın güləşi üzrə püşkatma mərasimi keçirilib.
43 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan Elvina Kərimzadə Anastasiya Polska (Ukrayna), Azra Azisova Mustafova (Bolqarıstan) və Elvira Draqanla (Rumıniya) mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan güləşçilər yarımfinala yüksələcək.
Aysel Məmmədzadə (46 kq) təsnifat mərhələsində macar Kornella Nikolet Laşloyla üz-üzə gələcək.
Ruzanna Məmmədova (49 kq) 1/8 finalda ispan Kandela Giraldes Markeslə qarşılaşacaq.
Jasmin Əsgərova (53 kq) ilk görüşdə serbiyalı Militsa Sekuloviçlə gücünü sınayacaq.
Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqla güləşəcək.
Fatimə İsayeva (65 kq) isə 1/8 finalda almaniyalı Kassidi Rixterlə mübarizə aparacaq.
Elvina, Ruzanna, Günay və Fatimə sabah mübarizəyə başlayacaq. Aysel və Jasmin isə növbəti gün yarışa start verəcək.
Bizi Facebook-da izləyin