AÇ: Ağamirova üçün daha iki final

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycanın iki bədii gimnastı fərdi proqramda növbəti çıxışlarını ediblər.

Zöhrə Ağamirova ilə İlona Zeynalova təsnifat mərhələsində gürzlər və lentlərlə bacarıqlarını göstəriblər.

Gürzlərlə hərəkətlərin icrasında hakimlərdən 31.050 xal alan Ağamirova adını finala yazdırıb. O, lentlə hərəkətlərdə isə 28.900 xal toplayıb. Beləliklə, 4 hərəkətin cəmində 95.750 xal yığan Ağamirova ümumi sıralamada 5-ci yeri tutaraq, çoxnövçülükdə də finala adlayıb.

Azərbaycan gimnastı daha əvvəl halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iki növdə finala yüksəlmişdi.

Xatırladaq ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button