AÇ-2027-nin hansı ölkələrdə keçiriləcəyi məlum olub
21 yaşadək futbolçular arasında 2027-ci il Avropa çempionatının final mərhələsinin hansı ölkədə keçiriləcəyi məlum olub.
Komanda.az UEFA-ya istinadən xəbər verir ki, həlledici matçlar Serbiya və Albaniyada keçiriləcək.
Bu turnirə ev sahibliyi etmək üçün Serbiya və Albaniyanın birgə müraciəti yeganə olub.
Təsnifat mərhələsindən sonra turnirin final mərhələsində 16 komanda çıxış edəcək. Avropa çempionatının açılış matçı Serbiyada, final isə Albaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin