
AÇ-2025: Azərbaycan millisinin rəqibləri məlum oldu
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.
AÇ-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin