Gürcü futbolçu Ronaldodan forma almasını “yuxu” adlandırdı
Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya 2024-cü il Avropa çempionatının qrup mərhələsinin Portuqaliya ilə oyunundan sonra Kriştiano Ronaldodan aldığı formadan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçu bununla bağlı sosial şəbəkədə paylaşım edib:
“Yuxu!”
Gürcüstan və Portuqaliya milliləri arasında oyun iyunun 26-da baş tutub. Villi Sanyolun yetirmələri portuqaliyalıları 2:0 hesabı ilə məğlub edib. Gürcüstan yığmasının heyətində qollardan birini Kvaratsxeliya vurub. Bu uğur sayəsində gürcülər İspaniya millisi ilə qarşılaşacaqları AÇ-nin 1/8 finalına yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin