“Almaniyanı AÇ-2024-ün əsas favoriti adlandırmaq olmaz” – Keçmiş futbolçu
“Bayern”in keçmiş futbolçusu Lotar Matteus Almaniya millisinin qarşıdan gələn Avropa çempionatıdakı şanslarından danışıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, eyforiyanın təkcə stadionlarda deyil, həm də, şəhər küçələrində hökm sürəcəyinə ümid etdiyini bildirib:
“Yoldaşlıq oyunlarından sonra Almaniyanı AÇ-2024-ün əsas favoriti adlandırmaq olmaz. Bununla belə, komandamız favoritlərdən biridir. Evdə oynamağın üstünlüyü böyük rol oynayır. Ümid edirəm ki, ölkədə təkcə stadionlarda deyil, həm də, şəhər küçələrində eyforiya hökm sürəcək”.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Almaniya millisi İsveçrə, Şotlandiya və Macarıstan yığmaları ilə eyni qrupda çıxış edəcək.
Bizi Facebook-da izləyin