AÇ-2024: “İspanlarla görüşdə komandaya kömək etmək istəyirəm”

Fransa yığmasının hücumçusu Kilian Mbappe Avropa çempionatının yarımfinalına yüksəldikdən sonra mətbuata açıqlama verib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçu çox xoşbəxt olduğunu bildirib:

“Turnirdə cəmi bir qol vurdum, amma biz yarımfinala çıxdıq, buna görə də, xoşbəxtəm. İspanlarla görüşdə komandaya kömək etmək istəyirəm. Mən hər şeydən əvvəl hamımız üçün çox xoşbəxtəm”.

AÇ-nin 1/4 finalında Fransa yığması Portuqaliya ilə üz-üzə gəlib. Görüşün əsas və uzatma vaxtı 0:0 hesablı heç-heçə ilə başa çatıb, penaltilər seriyasında isə Didye Deşamın yetirmələri daha dəqiq (5:3) olub.

Fransa yığması yarımfinalda İspaniya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button