
AÇ-2024-ün rəsmi topu təqdim edildi – FOTO
UEFA 2024-cü il Avropa çempionatının rəsmi topunu təqdim edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, topun dizaynının futbol sevincindən və turnirin enerjisindən ilhamlandığı bildirilib. Top hər bir hərəkətinin oxunmasını təmin edən və VAR-ın köməyi ilə hakimin qərar vermə prosesini asanlaşdıran xüsusi texnologiya ilə təchiz olunub.
Top qara, sarı, qırmızı və yaşıl rənglərdə, üçbucaqlı naxışlı qanad formaları ilə ağ rəngdə hazırlanıb. Topun üzərində AÇ-2024-ə ev sahibliyi edən hər bir şəhərin adı ilə yanaşı, bütün turnirin stadionlarının illüstrasiyaları əks olunub.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin