AÇ-2024-ün pley-off mərhələsinin finalçıları bəlli oldu

Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-offun yarımfinal oyunları keçirilib.

Komanda.az xəbər verir ki, yarımfinalda A Liqasında Polşa Estoniyanı 5:1, Uels Finlandiyanı 4:1, B Liqasında Ukrayna Bosniya və Herseqovinanı 2:1, İslandiya İsraili 4:1, C Liqasında Gürcüstan Lüksemburqu 2:0, Yunanıstan Qazaxıstanı 5:0 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Qeyd edək ki, finallar martın 26-da baş tutacaq. Finalın üç qalibi Avropa çempionatında iştirak edəcək.

AÇ-2024-ün pley-off mərhələsi

A Liqası

Polşa – Estoniya 5:1
Qollar
: Frankovski, 22. Zelinski, 50. Piotrovski, 70. Mets, 74-pz qapısına. Şumanski, 76. Vetkal, 78.

Uels – Finlandiya – 4:1
Qollar
: Bruks, 3. Uilyams, 38., Conson, 47. Ceyms, 86 –  Pukki, 45.

B Liqası

Bosniya və Herseqovina – Ukrayna – 1:2
Qollar
: Matvienko, 57-öz qapısına – Yaremçuk, 85 – Dovbuk, 88.

İsrail – İslandiya – 1:4
Qollar
: Zahavi, 31-pen – Qudmundsson, 39; 83; 87. Traustason, 42.

C Liqası

Gürcüstan – Lüksemburq – 2:0
Qollar
: Zivzivadze, 41; 64.

Yunanıstan – Qazaxıstan – 5:0
Qollar
: Bakasetas, 9-pen. Pelkas, 15, İonnidis, 37. Kourbelis, 40. Tapalov, 87-öz qapısına.

Finalın cütlükləri

A Liqası
Uels  – Polşa

B Liqası
Ukrayna – İslandiya

C Liqası
Gürcüstan – Yunanıstan

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button