AÇ-2024-ün hakimlərinin arasında türkiyəli referi də var – SİYAHI

UEFA Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək əsas hakimlərin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, yekun siyahıda 18 referi yer alıb. Onların arasında türkiyəli FİFA hakimi Halil Umut Meler də var.

AÇ-2024-ün oyunları idarə edəcək hakimlər: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Siebert, Felik Tsvayer (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button