AÇ-2024-ün daha bir oyunu təxirə salındı

UEFA AÇ-2024-ün seçmə mərhələsində oktyabrın 15-də keçirilməsi planlaşdırılan Kosovo – İsrail matçını təxirə salıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun təxirə salınması İsrail və Fələstin arasındakı müharibə ilə bağlıdır. 

Qarşılaşmanın yeni tarixinin yaxın vaxtlarda açıqlanacağı vurğulanıb.

Bundan əvvəl UEFA bu gün oynanılmalı olan İsrail – İsveçrə görüşünü təxirə salmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button