AÇ-2024: İngilis müdafiəçinin Sloveniya ilə oyunu buraxmaq riski var
İngiltərə millisinin müdafiəçisi Kiran Trippyer Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Sloveniya yığması ilə oyununda iştirak etməmək riski ilə üzləşib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçunun baldır əzələsində problemlər yaranıb.
Trippyer əvvəlki matçlarda ayağında ağrı ilə oynayırdı. Co Qomes və ya Ezri Konsa onu əvəz edə bilər.
İngiltərə və Sloveniya yığmaları arasında görüş iyunun 25-də keçiriləcək və matçın start fiti saat 23:00-da səslənəcək. İngiltərə yığması qrupda 1-ci, Sloveniya isə 3-cü yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin