Daha bir futbolçu AÇ-2024-də iştirak edə bilməyəcək
Belçikalı müdafiəçi, “Trabzonspor”da forma geyinən Tomas Menye əzələsindən zədə alıb və ilkin məlumatlara görə, çərşənbə günü milli komanda ilə Almaniyaya getməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Belçika millisinin mətbuat xidməti məlumat yayıb:
“Yaxın bir neçə gündə daha çox sınaqlar aparılacaq. Tezliklə sağal, Tomas”.
2024-cü il Avropa çempionatı iyunun 14-də start götürəcək. AÇ-2024-ün final mərhələsi Almaniyada keçiriləcək və bir ay davam edəcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin